"Nottingem Forest"in yarımmüdafiəçisi Duqlas Luizin mövsümün sonunda İtaliyaya qayıtma ehtimalı artıb. Premyer Liqa təmsilçisi braziliyalı futbolçunu "Yuventus"dan müəyyən şərtlər daxilində satınalma öhdəliyi ilə icarəyə götürüb.
Sport24.az xəbər verir ki, Luiz ən azı 15 oyunda 45 dəqiqə və ya daha çox meydanda olacağı təqdirdə "Nottingem Forest" onu məcburi şəkildə transfer etməli olacaq.
Lakin 27 yaşlı yarımmüdafiəçi mövsüm ərzində tez-tez zədələrlə üzləşdiyindən stabil forma geyinə bilmir. Bu səbəbdən, göstərilən şərtin yerinə yetirilməməsi və futbolçunun mövsümün sonunda yenidən Turinə qayıtması real görünür.
Duqlas Luiz indiyədək "Nottingem Forest"in heyətində bütün turnirlərdə 10 oyunda meydana çıxıb.