PSJ-nin aparıcı oyunçularından olan Vitinya karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Real" portuqaliyalı yarımmüdafiəçini transfer etmək istəyir.
Bu barədə "Defensa Central" məlumat yayıb.
Vitinyanın Fransa klubu ilə müqaviləsində DÇ-2026-dan sonra aktiv olacaq 90 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. "Real"ın prezidenti Florentino Peres 26 yaşlı dayaq yarımmüdafiəçisi üçün bu məbləği ödəməyə hazırdır.
Qeyd edək ki, PSJ Vitinyanı 2022-ci ilin yayında "Portu"dan 41 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.