Misli Premyer Liqasında çıxış edən klublar cərimələnib. Sport24.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

 

19.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun "Kəpəz" – "Turan Tovuz" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Kəpəz" komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

 

19.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun "Kəpəz" – "Turan Tovuz" oyununda "Kəpəz" komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə "Kəpəz" komandası 7000 manat cərimə edilsin (maddə 52.5);

 

20.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun "Karvan-Yevlax" – "Neftçi" oyununda "Karvan-Yevlax" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Karvan-Yevlax" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

 

20.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun "Karvan-Yevlax" – "Neftçi" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə "Karvan-Yevlax" komandası 5000 manat cərimə edilsin (maddə 86.3);

 

20.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun "Karvan-Yevlax" – "Neftçi" oyununun 90+8-ci dəqiqəsində "Neftçi" komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə "Neftçi" komandası 4000 manat cərimə edilsin (maddə 86.3);

 

20.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun "Karvan-Yevlax" – "Neftçi" oyunu bitdikdən "Neftçi" klubunun azarkeşləri tərəfindən rəqib komandanın avtobusuna vurulmuş zərər "Neftçi" komandası tərəfindən qarşılansın (maddə 86);

 

21.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun "Araz-Naxçıvan" – "Şamaxı" oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün "Araz-Naxçıvan" komandası 2000 manat cərimə edilsin (maddə 57.2);

 

22.12.2025-ci il tarixində Misli Premyer Liqasında XVI turun "Sumqayıt" – "Sabah" oyununda "Sumqayıt" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Sumqayıt" komandası 700 manat cərimə edilsin (maddə 43.1);