Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə Misli Premyer Liqasında ilin ilk oyununu buraxacaq. Sport24.az-ın məlumatına görə, "Sumqayıt"da çıxış edən 25 yaşlı hücumçu XVII turda səfərdə "Turan Tovuz"la matçda iştirak edə bilməyəcək.

Buna forvardın XVI turda "Sabah"a evdə 1:3 uduzduqları qarşılaşmada sarı vərəqə alması səbəb olub.

Əhmədzadə cari mövsüm dördüncü dəfə bu halla üzləşdiyi üçün cəzalı duruma düşüb.

Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt" oyunu yanvarın 25-də baş tutacaq.