"Neftçi" və "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk ölkəsinin mətbuatına müsahibə verib. Sport24.az xəbər verir ki, "Sport.ua" nəşrinin suallarını cavablandıran ukraynalı mütəxəssis işlədiyi klublarda qazandığı uğurlardan bəhs edib.

O, 2014-2018-ci illərdə "Qəbələ"də işlədiyi dönəmə xüsusi toxunub:

"Azərbaycan, Qazaxıstan və Belarusdan danışsaq… "Qəbələ" ilə çempion ola bilmədik, amma Avrokuboklarda yaxşı nəticələr əldə etdik. İki il ardıcıl Avropa Liqasının qrup mərhələsinə yüksəldik. Bu da inanılmaz bir sevinc idi".