Transfer çalışmalarını davam etdirən "İmişli" Premyer Liqa təmsilçilərinə müraciət edib.
Bu barədə Sport24.az-a futbol agentindən məlumat verilib.

Adının açıqlanmasını istəməyən menecer bölgə komandasının "Sabah" və "Qarabağ"a müraciət ünvanladığını söyləyib.

O, bunun sırf hər iki klubda ehtiyatda qalan yerli futbolçularla bağlı olduğunu deyib.

"İmişli"nin baş məşqçisi Jorj Kaşkilya ona təqdim olunan siyahıya əsasən futbolçular arasında seçim edəcək. Portuqaliyalı mütəxəssis qarşı tərəfin göndərmək istədiyi və özünün bəyəndiyi oyunçuları heyətə cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, "İmişli" mövsümün ilk yarısını 17 xalla 9-cu pillədə başa vurub.