"Turan Tovuz"un qış hazırlıq planımız bəlli olub. Sport24.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisi yanvarın 4-də Türkiyəyə yola düşəcək.

 

Antalyanın Belek bölgəsindəki "İC Santai Belek" otelində məskunlaşacaq komandanın Türkiyə toplanışı yanvarın 18-dək davam edəcək.

 

Baş məşqçi Kurban Berdıyev toplanış çərçivəsində 2 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. 

 

Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.