"Trabzonspor" Avstriyanın "Volfsberq" klubunda çıxış edən Çibuike Nvaivunun transferi üzərində işləyir. Sport24.az xəbər verir ki, 22 yaşlı futbolçu arxa xəttin mərkəzini gücləndirmək üçün namizədlərdən biri kimi nəzərdən keçirilir.

 

Onun oyun üslubu və fiziki göstəriciləri Türkiyə klubunun fəlsəfəsinə uyğundur.

 

Müdafiə xəttinin gücləndirilməsi Stefan Saviç və Arseniy Bataqovun davamlı zədələri səbəbindən prioritetə çevrilib. Super Liqa təmsilçisi nigeriyalı oyunçunu yanvar ayında transfer etməyə çalışacaq.

 

Qeyd edək ki, Nvaivu cari mövsümdə "Volfsberq"in heyətində bütün turnirlərdə 16 oyuna çıxıb və 1 qola imza atıb.