"Vest Hem" və "Kristal Pelas" klubları "Vulverhempton"un mərkəz hücumçusu Yorgen Strand Larseni tranfer etmək istəyir. Sport24.az xəbər verir ki bu barədə "Telegraph" məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu iki klub qış "transfer pəncərəsi"ndə norveçli hüçumçunu "rənglərinə bağlamağı" planlaşdırır.
Qeyd edək ki, 25 yaşlı norveçli futbolçunun "Vulverhempton" da hazırki müqaviləsi 2030-cu ilin yayında başa çatır.