"Deportivo"nun ispaniyalı vingeri Yeremay Hernandes tezliklə "Barselona"ya keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə "El Nacional" qəzeti məlumat yayıb.

 

Mənbənin məlumatına görə, Kataloniya klubu 23 yaşlı futbolçuya Rafinyaya alternativ varinat kimi baxır. Hazırda icarə əsasında "Barselona"nın formasını geyinən Markus Reşfordla bağlı "Mançester Yunayted"lə razılıq əldə olunmazsa, "Deportivo"nun vingerin transferi daha da aktuallaşacaq.

 

Keçiddə maliyyə məsələsi də əsas rol oynayır. "Barselona" transferə 30 milyon avrodan çox xərcləməyi planlaşdırmır ki, bu da klubun gənc və perspektivli oyunçulara investisiya qoymaq strategiyasına uyğundur.

 

Qeyd edək ki, yeremay bu mövsüm "Deportivo"nun heyətində 19 oyun keçirib, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.