Yarımmüdafiəçi Qara Qarayev "Araz-Naxçıvan"dan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Qarayev klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Qara ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabrından "qırmızı-ağlar"ın heyətində çıxış edirdi.

 

Bir neçə gün əvvəl "Araz-Naxçıvan" baş məşqçisi Elmar Baxşıyevlə vidalaşıb.