"Çempionatın 16 turu geridə qalıb. Keçirilən oyunların içində maraqlı, sürətli matçlar olub. Autsayderlər arasında yer alan komandalar belə liderlərlə görüşlərdə asan təslim olmadılar. Mövsümün ilk yarısında "Sabah", "Sumqayıt" bəzi oyunlarda "İmişli" adından söz etdirdi". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın sabiq baş məşqçisi Elşad Əhmədov deyib.

55 yaşlı mütəxəssis Misli Premyer Liqasında mövsümün ilk yarısını dəyərləndirib:

 

"Qarabağ" daha çox Çempionlar Liqasına diqqət ayırdığından bəzi oyunlarda tam qüvvəsi ilə oynaya bilmədi. Bu da anlaşılandır. Məni üzən "Neftçi"nin vəziyyətidi. Ölkənin ən köklü klubuna 8-ci yer yaraşmır. Turnir cədvəlinin aşağı hissəsində də gərginlik var. "Sabah" oyunu ilə "qış çempionluğu"nu haqq edirdi. Əsasəndə son qarşılaşmalarda maraqlı, baxımlı oyunlar keçirdilər. Builki transferlərin komandaya çox köməyi dəydi. Ümumi götürəndə komandada məşqçi işi görünür".

 

"Bayquşlar"ın sabiq çalışdırcısı şempionluq uğrunda "Sabah" və "Qarabağ" arasında sonadək gərgin mübarizənin gedəcəyini də vurğulayıb:

 

"Liderliyi sona qədər davam etdirə biuləcəklər? Bu komandanın fasilədən necə qayıdacağından asılıdır. Amma inanıram ki, bu mövsüm əvvəlki illərdə olduğu kimi "Qarabağ"a asan olmayacaq. Böyük ehtimalla, çempionluq uğrunda "Qarabağ" və "Sabah" arasında gərgin mübarizəyə şahidlik edəcəyik".

 

Qeyd edək ki, "Sabah" fasiləyə 2025/2026 mövsümünün qış çempionu kimi yollanıb.