İkinci Liqada mübarizə aparan və qış fasiləsində ilk pilləni əldən verən "Xankəndi" yeni baş məşqçi axtarışına çıxıb. Bu barədə Sport24.az-a etibarlı mənbədən məlumat daxil olub.

 

Klub rəhbərliyi komandanın liderliyi əldən verməsindən narazı qalıb. Bu üzdən hazırda "sükan arxasında"olan İbrahim Uzunca ilə yolları ayırmaq istəyir. Söylənilənlərə inansaq, hətta "Xankəndi"nin idman direktoru Vasif İsmayılov bəzi yerli məşqçilərlə əlaqə saxlayıb, lakin istədiyi cavabı ala bilməyib.

 

Qeyd edək ki, 14 turdan sonra aktivində 39 xal olan "Xankəndi" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.