"İnter" "Hayduk"un 18 yaşlı müdafiəçisi Branimir Mlaçiçi transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "İnter" son günlər futbolçunun müqavilə hüquqlarına sahib olan Xorvatiya klubu ilə danışıqları intensivləşdirib. Müzakirələr bu tempdə davam edərsə, transfer bir neçə həftə ərzində yekunlaşa bilər.

 

Qeyd edək ki, "İnter" Mlaçiçi gələcəyin əsas fiqurlarından biri kimi görür.