Türkiyə hüquq-mühafizə orqanları qanunsuz mərc oyunları ilə bağlı cinayət işi çərçivəsində 14 futbolçu da daxil olmaqla 29 nəfərin həbs olunmasını əmr edib. Sport24.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.

 

Həbs olunanlar arasında 2022-ci ildən 2024-cü ilə qədər klubda çalışmış "Qalatasaray"ın keçmiş vitse-prezidenti Erden Timur da var.

 

Qeyd edək ki, daha əvvəl Türkiyə Futbol Federasiyası (TFF) oyunlara qanunsuz mərc qoyuluşları edənlərlə bağlı genişmiqyaslı araşdırma başladıb. Proses çərçivəsində şübhəli bilinən bir neçə yüz futbol hakimi və mindən çox oyunçu istintaqa cəlb olunub.