"Roma"nın yarımmüdafiəçisi Lorenso Pelleqrini komandanın məşqi zamanı zədələnib. Sport24.az xəbər verir ki, əvvəlcə yüngül dartılma kimi görünən zədə "canavarlar"ın kapitanının uzun müddət yaşıl meydanlardan uzaq qalmasına səbəb ola bilər.
Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
İlkin proqnozlara əsasən, italiyalı hücumameyilli yarımmüdafiəçi meydana bir aydan sonra qayıda biləcək. Bu isə onun qarşıdakı matçlarda iştirak etməyəcəyi deməkdir.
Qeyd edək ki, Lorenso Pelleqrini 2017-ci ilin yayından "Roma"da çıxış edir. 29 yaşlı futbolçu bu mövsüm paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.