"Milan" və Fransa millisinin yarımmüdafiəçisi Kristofer Nkunku Səudiyyə Ərəbistanı klublarından aldığı təklifləri geri çevirib. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Antonio Vitiello sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, fransız hücumçu Yaxın Şərqə köçməkdə maraqlı deyil və karyerasını "Milan"da davam etdirmək istəyir.
Qeyd edək ki, fransız futbolçu bu mövsüm "Milan"ın heyətində bütün turnirlərdə 14 oyun keçirib, bir qol vurub və 2 məhsuldar ötürmə edib. Nkunkunun İtaliya klubu ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı oyunçunun bazar dəyərini 32 milyon avro qiymətləndirir.