Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) klublar üzrə ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb. Sport24.az xəbər verir ki, siyahıda ilk yerdə PSJ-nin (Fransa) baş məşqçisi Luis Enrike (222 xal) qərarlaşıb.

 

"Çelsi"nin (İngiltərə) baş məşqçisi Entso Mareska (60 xal) ikinci, "Barselona"nın (İspaniya) "sükanı arxasında" olan Hans-Diter Flik isə (57 xal) üçüncü yerdə qərarlaşıb.

 

İlk "5-lik"də həmçinin "Bavariya"dan (Almaniya) Vensan Kompani (42 xal) və "Arsenal"dan Mikel Arteta (24 xal) yer alıblar.