Braziliyanın "Botafoqo" klubu "Qarabağ"ın futbolçusu Pedro Bikalyo ilə yanaşı Ağdam təmsilçisinin sabiq oyunçusunu da istəyir. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, A Seriyası təmsilçisi yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.

Hazırda Macarıstan təmsilçisi "Ferentsvaroş"ın formasını geyinən "köhlən atlar"ın sabiq üzvü Julio Romaoya da təklif göndərib.

Braziliyalılar hər iki klubla danışıqları davam etdirir.

Qeyd edək ki, Bedro Bikalyo bu ilin yayında "Qarabağ"a keçib.