"Mançester Siti" mərkəz müdafiəçisi Natan Akeni satışa çıxarıb. Sport24.az "Defensa Central"a istinadən xəbər verir ki, niderlandlı ilk növbədə "Real"a təklif olunub.
Mənbənin sözlərinə görə, ingilis klubu 30 yaşlı futbolçunu 30 milyon avroya satmaq istəyir. istəyir.
"Real" isə hazırda "Mançester Siti"nin müdafiəçinin xidmətində maraqlı deyil. Əvəzində "Barselona" niderlandlı futbolçunu "rənglərinə bağlamaq" istəyir.
Qeyd edək ki, Ake 2020-ci ilin yayından "şəhərlilər"in formasını geyinir. O, bu mövsüm bütün turnirlərdə 13 oyunda meydana çıxıb. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.