"Mançester Yunayted"in mərkəz müdafiəçisi Eyden Heven "Nyukasl" üzərində qazanılan qələbədən (1:0) sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, 19 yaşlı ingiltərəli futbolçu "The Times" nəşrinə verdiyi açıqlamada
"Düşünürəm ki, "Mançester Yunayted" avrokuboklarda olmalıdır. Biz növbəti mövsüm ora qayıtmaq və nəticələr əldə etmək istəyirik. İlk 4 pillə uğrunda mübarizə apara bilərik. Hətta çempion olmaq da mümkündür. Biz buna qadirik. Komanda mübarizəni davam etdirmək istəyir".
Qeyd edək ki, "Mançester Yunayted" hazırda İngiltərə çempionatında 18 oyundan sonra topladığı 29 xalla 5-ci pillədə qərarlaşıb.