"Futbol ua" nəşri Ukrayna futbolunun 2025-ci ilin yekunlarına aid yazı hazırlayıb. Sport24.az-ın məlumatına görə, məqalədə DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda olan Ukrayna millisinə də yer verilib.

Komandanın Fransaya məğlubiyyətdən sonra Bakıda Azərbaycanla üz-üzə gəldiyi xatırladılıb:

"Fransa ilə oyunda keyfiyyətcə daha güclü komanda zəif kollektiv üzərində qələbə qazandı, daha sonra isə baş məşqçi Rəbrovun hələ uzun müddət xatırlayacağı Azərbaycanla səfər oyunu oldu. Elə həmin vaxt baş məşqçi və Ukrayna milli komandalarının rəhbəri üçün azarkeşlərlə münasibətlərdə ən gərgin an yaşanmışdı, amma bu dəfə böhran əlavə xüsusi vasitələrə müraciət etmədən uğurla yatırıldı".

Qeyd edək ki, sentyabrda baş tutan Azərbaycan - Ukrayna oyunu 1:1 hesabı ilə yekunlaşıb.