Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I turdan təxirə salınan matç keçirilib. Sport24.az xəbər verir ki, sözügedən oyunda "Gənclər" komandası "Murov Az Terminal" ilə üz-üzə gəlib.

 

Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan oyun "Murov Az Terminal"ın 3:0 hesablı qələbəsi ilə bitib.