"Fənərbaxça" heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi Antoni Musaba ilə yaxından maraqlanır.

 

Tanınmış jurnalist Yağız Sabuncuoğlunun sözlərinə görə, "sarı-lacivərdlilər" "Samsunspor"un futbolçusuna rəsmi təklif göndərib. 

 

Futbolçunun Türkiyəyə transferi üçün müqaviləsində nəzərdə tutulan sərbəst qalma məbləği 5 milyon avro təşkil edir.

 

Qeyd edək ki, belçikalı baş məşqçi Domeniko Tedesko Musabanın transferində israrlıdır və futbolçunu heyətində görmək istəyir.