Türkiyə kubokunda qrup mərhələsinin oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün "Fənərbaxça" 1-ci turda əzəli rəqibi "Beşiktaş"la qarşılaşacaq.

 

"Şükrü Saracoğlu" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

 

Qeyd edək ki, bu komandalar arasında bu mövsüm Superliqada keçirilən oyunda "Fənərbaxça" qələbə qazanıb – 3:2.