Qış fasiləsinə turnir cədvəlinin zirzəmisində yollanan "Karvan-Yevlax"  çempionatın ikinci yarısı üçün heyətini gücləndirməyi planlaşdırır. Bu barədə Sport24.az-a kluba yaxın mənbədən məlumat daxil olub.

 

Mənbəmiz onu da bildirib ki, Yevlax təmsilçisi fasilədə heyətə yalnız yerli oyunçular cəlb edəcək. Daha dəqiq desək, legioner limiti dolduğundan, baş məşqçi Füzuli Məmmədov əcnəbiyə görə əlavə ödəniş etməmək üçün düşərgəyə yalnız yerli futbolçu dəvət etmək məcburiyyətində qalıb. Hazırda Məmmədov 2-3 mövqeyi , əsasən də müdafiəni gücləndirməyi düşünür və bu yöndə futbolçu axtarışına çıxıb. "Ağ-qaralar"ın çalışdırcısı artıq bir neçə oyunçu ilə ilkin danışıq aparsa da, ortada hələ komkret heç nə yoxdu.

 

Qeyd edək ki, 16 turdan sonra aktivində 6 xal olan "Karvan-Yevlax" 12-ci yerdədir.