"Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo və həyat yoldaşı Jorjina Rodriges Qırmızı dəniz sahillərindəki "The Red Sea Residences" lüks kompleksində iki villa alıb. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
40 yaşlı portuqalyalı ulduz açıqlamasında bildirib ki, Qırmızı dəniz onlar üçün hüzur yeridir və ailəsi ilə burada keyfiyyətli vaxt keçirə bilir.
Qeyd edək ki, Ronaldo cari mövsümdə "Əl-Nəsr"in heyətində 9 oyuna çıxıb, 10 qol vurub və 1 məhsuldar ötürmə edib.