"Milan" "Çelsi"nin mərkəz müdafiəçisi Aleks Disasini transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, London klubu fransalı müdafiəçinin transferini müzakirə etməyə hazır olduğunu qarşı tərəfə çatdırıb. 27 yaşlı fransız futbolçu "Çelsi"də müntəzəm oyun şansı əldə etmədiyi üçün klubdan ayrılmağa müsbət yanaşır.

 

Qeyd edək ki, Disasinin "Çelsi" ilə müqaviləsi 2029-cu ilin yayında başa çatır. "Transfermarkt" portalı onun transfer dəyərini 15 milyon avro olaraq qiymətləndirir.