PSJ rəhbərliyi baş məşqçi Luis Enrike ilə ömürlük müqavilə imzalamaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

 

İspaniyalı məşqçinin parislilərlə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

 

Qeyd edək ki, Enrike 2023-cü ilin yayından PSJ-nin "sükanı arxasındadır". Onun rəhbərliyi altında klub iki dəfə Liqa 1-i, Fransa Kubokunu və Super Kuboku, Çempionlar Liqasını və Qitələrarası Kuboku qazanıb.