Cari mövsümdə əsas məqsədi elitada yerrini qorumaq olan "Kəpəz" qış fasiləsində heyəti gücləndirməyə çalışır. Kluba yaxın mənbədən Sport24.az daxil olan bilgiyə əsasən, "sarı-göylər"in baş məşqçisi Azər Bağırov "Turan Tovuz"un iki futbolçusunu yanında görmək istəyir.
Söhbət Xəyal Nəcəfov və Abdulla Rzayevdən gedir. Mənbəmizin sözlərinə inansaq, Bağırov hər iki futbolçu artıq şəxsən əlaqə saxlayıb və onlardan cavab gözləyir.
Qeyd edək ki, 23 yaşlı Rzayev ötən yay Tovuz təmsilçisinə qoşulub. Onun klubla hazırkı müqaviləsi gələn ilin yayında başa çatır. O, cari mövsümdə "boz qurdlar"ın heyətində Premyer liqada cəmi 2 matça çıxıb. 28 yaşlı Xəyal isə bu mövsüm 8 görüşdə meydanda olub və aktivində 1 məhsuldar ötürmə var. Onun da tovuzlularla anlaşmasının müddəti gələn ilin yayında bitir.