"Bu oyuna yaxşı hazırlaşmışdıq". Bu sözləri Spor24.az-a "İmişli"nin futbolçusu Ronaldo de Souza deyib.

O, Misli Premyer Liqasının XVI turunda "Zirə" ilə səfərdə qolsuz heç-heçə etdikləri oyunla bağlı fikirlərini bölüşüb:

"Rəqibin yüksək keyfiyyətli komanda olduğunu başa düşürdük. Avrokuboklarda yaxşı mübarizə aparmışdılar. Bu cür kollektivlə görüşdə xal qazanmaq müvəffəqiyyət sayıla bilər. Əlimizdən gələni etdik ki, uduzmayaq".

Müdafiəçi VAR-a görə sözügedən görüşün 10 dəqiqə dayanmasına da münasibət bildirib:

"Ola bilər ki, videoçəkilişdə keyfiyyət elə də yüksək deyil. Yəqin ona görə hakimlər üçün ofsayd xəttini çəkmək çətin olur. Hər halda, baş hakimin gördüyünü biz də gördük, orada müəyyən olunmuşdu ki, "Zirə"nin oyunçusu qabaqda idi və ofsayd idi".

Braziliyalı legioner bölgə təmsilçisinin mövsümün ilk yarısındakı çıxışına da toxunub:

 

"Bu günə qədər nəticələrimiz qənaətbəxş idi. Əlbəttə ki, bundan artığını da qazana bilərdik. Üç xalımızı "Sumqayıt"la matçda Qubadakı matçda heç nədən itirdik. Digər görüşlər də var ki, xallar tirimişik. Komanda cavandır, oynadıqca bir-birinə daha da öyrəşir. Bu fasilədə oyunçular daha çox bərpa olacaq və mövsümün ikinci yarısında daha çox qazanmağa layiqdir".

 

Qeyd edək ki, aktivində 17 xal olan "İmişli" qış fasiləsinə 9-cu pillədə yollanıb