"Əl-Nəsr" yeni oyunçuların qeydiyyatına qoyulan qadağanı tez bir zamanda həll edə bilib. Sport24.az xəbər verir ki, FİFA dekabrın 20-də 2023-cü ildə müdafiəçi Aymerik Laportenin transferi üçün "Mançester Siti"yə olan borclarına görə Səudiyyə Ərəbistanı klubuna sanksiyalar tətbiq etdiyini açıqlamışdı.
Borcun təxminən 9 milyon avro təşkil etdiyini və avqustun 31-nə qədər ödənilməli olduğu bildirilirdi.
İnsayder Fabrisio Romanonun sözlərinə görə, "Əl-Nəsr"in oyunçu qeydiyyatına qoyulan qadağa aradan qaldırılacaq və bu, klubun qış "transfer pəncərəsi"ndə yeni oyunçularla müqavilə imzalamasına imkan verəcək.