Misli Premyer Liqasında XVI turun oyunlarını stadiondan izləyən azarkeşlərin sayı bəlli olub.
"Report" xəbər verir ki, ilin son turunda 8570 tamaşaçı qeydə alınıb.
"Kəpəz" - "Turan Tovuz" (0:2) matçında 500, "Karvan-Yevlax" - "Neftçi" duelində (1:2) 4000, "Zirə" - "İmişli" görüşündə (0:0) 400, "Qəbələ" - "Qarabağ" oyununda (1:2) 850, "Araz-Naxçıvan" - "Şamaxı" matçında (2:0) 120, "Sumqayıt" - "Sabah" qarşılaşmasında 2700 fanat tribunalarda əyləşib.
Qeyd edək ki, XVII tur yanvarın 23-də başlayacaq.