Azərbaycan Premyer Liqasının XVI turunun "Sumqayıt" – "Sabah" oyunundan (1:3) sonra meydan sahibi komandanın məşqçisi Veliçko Kaplanoviç jurnalistlərin suallarını cavablandırdıı . xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– "Sabah"ı təbrik edirəm. Layiqli qələbə qazandılar. Səhvlərimizi bağışlamadılar. İkinci hissədə yaxşı oynamağa çalışdıq. "Sabah" kimi komandalara 90 dəqiqə yüksək keyfiyyətdə oynamalısan.
– Səhvlər nə ilə bağlı idi? "Sabah"ın "Qarabağ"ı məğlub etməsi futbolçularda çəkingənlik yaratmışdı?
– Belə düşünmürəm. İlk qolda səhvimiz var idi. İkinci qol gözəl ötürmə sonrası oldu. Buraxdığımız səhvlər var idi. İkinci və üçüncü qollar sadə oldu. Gərək belə qollar buraxmayaydıq.
– Yankoviç gah ehtiyatda olur, gah əsas heyətdə meydana çıxır. Niyə?
– Hələ tam formaya düşə bilməyib. Çalışırıq ki, daha yaxşı olsun.
– Qışda hücumçu almaq gündəmdədirmi?
– Hücumçuya ehtiyacımız var. Amma indi olan budur. Rəhbərliyə istəyimizi çatdırmışıq. Amma qısa zamanda yaxşı hücumçu tapmaq çətindir.