Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) daha üç oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk, IX turdan təxirə salınmış matçda "Sabah" "Gəncə"ni qonaq edəcək.

 

Bakı İdman Sarayında keçiriləcək görüşün start fiti saat 17:00-da səslənəcək.

 

"Sərhədçi" "doğma divarlar" arasında "Quba"nı qonaq edəcək. "Abşeron Lions" isə Bakı İdman Sarayında "Şəki" ilə üz-üzə gələcək. 

 

Qeyd edək ki, XI turun NTD - "Gəncə" və "Sabah" - "Neftçi" oyunları qeyri-müəyyən müddətə təxirə salınıb. Turun əvvəlki matçlarında "Ordu" "Naxçıvan"ı (86:64), "Sumqayıt" "Lənkəran"ı (99:95) məğlub edib.