Misli Premyer Liqasında cari mövsümün ilk yarısındakı oyunları stadionlardan 124 min 60 tamaşaçı izləyib. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

 

95 matçda orta göstərici 1306-yə bərabər olub.

 

XII turun "Sumqayıt" – "Qarabağ" matçında (2:4) daha çox tamaşaçı qeydə alınıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 9100 seyrçi toplayıb.

 

Daha bir görüşdə bu rəqəm 5 mindən yuxarı olub. X turun "Turan Tovuz" – "Şamaxı" qarşılaşmasını (2:1) Tovuz şəhər stadionunda 5800 izləyici seyr edib.

 

"Sumqayıt" ev oyunlarındakı orta tamaşaçı sayında 1-ci yerdə qərarlaşıb. "Turan Tovuz"un ikinci olduğu siyahıda ilk "üçlüy"ü "Neftçi" qapayır.

 

 

     

Komandalar

Ev oyunları

Həmin oyunlardakı azarkeşlər

Orta göstərici

1

   

"Sumqayıt"

9

25810

2868

2

   

"Turan Tovuz"

7

17100

2443

3

   

"Neftçi"

8

14848

1856

4

   

"Sabah"

8

12855

1607

5

   

"Qarabağ"

7

10387

1484

6

   

"Karvan-Yevlax"

9

13120

1458

7

   

"Şamaxı"

7

7400

1057

8

   

"Zirə"

9

7950

883

9

   

"Kəpəz"

8

4850

606

10

   

"Qəbələ"

7

4000

571

11

   

"İmişli"

8

4200

525

12

   

"Araz-Naxçıvan"

8

1540

193

     

Cəmi

95

124060

1306