"Zirə"nin qış hazırlıq planı bəlli olub. Sport24.az xəbər verir ki, "qartallar" yanvarın 3-də Bakıda bir araya gələcək və ayın 10-na qədər hazırlığı paytaxtda davam etdirəcək.

 

Toplanışın ikinci mərhələsi isə yanvarın 10-17-si aralığında Türkiyənin Antalya şəhərində baş tutacaq.

 

Komanda Antalyada iki yoxlama oyunu keçirməyi planlaşdırır.