"Qarabağ"ın yarımmüdafiəçi Marko Yankoviç sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, monteneqrolu futbolçu 2025-ci ilin uğurlu keçdiyini bildirib:

 

"İlin sonu. Çətinliklər, inkişaf və həm meydanda, həm də meydandan kənarda bir çox uğurla dolu il oldu. Görülən işlərə, insanlara, dərslərə, prosesə və keçilən yola görə minnətdaram. Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm".

 

Qeyd edək ki, Marko Yankoviç bu mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.