"Qarabağ"ın U-12 komandasının "Antalya Friendship Cup 2026" turnirində iştirakı çərçivəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov komandamızı ziyarət edib. Sport24.az xəbər verir ki, qonaqlar komanda üzvləri ilə görüşərək onlara növbəti oyunlarda uğurlar arzulayıb və xatirə şəkli çəkdiriblər.
Əlavə edək ki, komanda turnirdə aşağıdakı nəticələri əldə edib:
"Qarabağ" – "Viz Sinara" 2:1
"Qarabağ" – "Manavgat Kartalları" 9:0
"Qarabağ" – "Slovan Liberec" 1:0
"Qarabağ" – DSI FC 4:1
"Qarabağ" – "Almaty Junior" 7:0
Qeyd edək ki, "Almaty Junior"la görüşdə qələbə qazanan komanda yarımfinal mərhələsinə vəsiqə qazanıb.