Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" II Bundesliqada növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə "Fortuna" ilə qarşılaşıb.
Matç "Kayzerslautern"in qələbəsiylə başa çatıb – 3:0.
Mahir oyuna 83-cü dəqiqədə daxil olub.
"Kayzerslautern" çempionatda 28 turdan sonra 43 xalla 7-ci sıradadır.