Braziliya millisinin keçmiş oyunçusu Oskar karyerasını başa vurduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, 34 yaşlı futbolçu bu barədə "Globo"ya verdiyi müsahibədə bildirib:

 

"San Paulo" üçün daha çox şey edə bilməməyim təəssüf doğurur. Təəssüf ki, indi komandanı yalnız azarkeş kimi dəstəkləyə bilərəm".

 

Oskar ötən il tibbi müayinə zamanı aşkarlanan sağlamlıq problemləri səbəbindən futboldan ayrılıb. O, ürək dayanması keçirib və təcili xəstəxanaya aparılıb. Ona vazovaqal huşsuzluq diaqnozu qoyuldu.

 

Qeyd edək ki, Oskar karyerası ərzində "San Paulo" ilə yanaşı, "İnternasional", "Çelsi" və "Şanxay Port" kimi klubların formasını geyinib. Futbolçu "Çelsi" ilə İngiltərə Premyer Liqasını və Avropa Liqasını qazanıb.