Antonio Konte İtaliya Futbol Federasiyasından (FIGC) təklif alsa, "Napoli" baş məşqçisinin millinin "sükanı arxasına" keçməsinə mane olmayacaq. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" qəzeti məlumat yayıb.

 

Konte Qattuzonun yerinə əsas namizəd hesab olunur. Mənbənin məlumatına görə, 56 yaşlı mütəxəssis 2014-cü ildən 2016-cı ilə qədər çalışdığı İtaliya millisinə qayıtmaqda maraqlıdır. "Napoli"nin prezidenti Aurelio De Laurentiis müqaviləsinin 2027-ci ilə qədər olmasına baxmayaraq, məşqçini buraxmağa hazırdır.

 

Qeyd edək ki, Konte 2024-cü ildən "Napoli"ni çalışdırır. Komanda onun rəhbərliyi altında iki kubok qazanıb - İtaliya çempionatı və İtaliya Super Kuboku. Konte əvvəllər "Atalanta", "Yuventus", "İnter", "Çelsi", "Tottenhem" və digər klublarda çalışıb.