37 yaşlı məşhur rusiyalı döyüşçü və UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədov dünən keçirilən "Atletiko" - "Barselona" matçını stadiondan canlı izləyib. Sport24.az xəbər verir ki, bu barədə Həbib sosial şəbəkə hesabında paylaşım edib.
Dəvətə görə, Madrid klubuna təşəkkür edən məğlubedilməz döyüşçü "Atletiko"nun ona hədiyyə etdiyi "yeddi nömrə"li formanın da şəkilini paylaşıb.
Qeyd edək ki, Madriddəki "Sivitas Metropolitano" stadionunda baş tutan görüş Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.