Təxminən 2 həftəlik fasilədən sonra bu gün Misli Premyer Liqasında 26-cı tura start verilir. Sport24.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.
"Kəpəz" Yevlaxda "Qəbələ"ni qəbul edir. Hazırda aktivində 21 xal olan "sarı-göylər" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Qırmızı-qaralar" isə 16 xalla 11-cidir. Azər Bağırovun yetirmələri bu gün də meydandan 3 xalla ayrılacağı təqdirdə təhlükəli zondan bir qədər də uzaqlaşa, hətta "İmişli"ni də geridə qoya bilər.
Qeyd edək ki, cari mövsümdə bu komandalar arasındakı ilk iki oyunda tərəflər hərəyə bir qələbə qazanıblar. İlk dövrədə "Kəpəz" (1:0), ikinci dövrədə isə "Qəbələ" (3:1) qələbə qazanıb.
Misli Premyer Liqası
III dövrə, XXVI tur
15:30. "Kəpəz" - "Qəbələ" 0:2
Qollar: İ. Akinade, 74, D. Massumo, 89.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Elvin Bayramov
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Yevlax. Şəhər stadionu.
"Kəpəz": 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 88. Şakir Seyidov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 97. Elxan Məmmədov 80. Şahnur İsmayılov
Baş məşqçi: Azər Bağırov
"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 3. Eduardo Kunde 8. Sambu Sissoko
Baş məşqçi: Kaxaber Tsxadadze