Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani" Albaniya çempionatında növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, sözügedən komanda "Vlajniya" ilə qarşılaşıb.

 

Matç "Partizani"nin məğlubiyyəti ilə başa çatıb – 0:2.

 

Vüsal matça start heyətdə başlayıb və sona qədər oynayıb.


"Partizani" 30 turdan sonra 44 xalla 4-cü sıradadır.