Premyer Liqanın XXVI turu çərçivəsində keçiriləcək "Karvan-Yevlax" ilə oyunun biletləri bu gün satışa çıxıb. Sport24.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

 

Qiymətlər isə 3 və 20 manat aralığındadır.

 

Biletlər iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.


Sabah keçiriləcək matça saat 19:00-da start veriləcək.