Dortmund "Borussiya"sının və "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp işlədiyi dönəmdə özünü heç vaxt böyük məşqçi hesab etmədiyini etiraf edib. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəssis bu barədə "TV2" telekanalına açıqlama verib:
İşlədiyim dönəmdə özümü heç vaxt böyük məşqçi hesab etməmişəm. Bu doğrudur. Hər gün çox işləyirdim, başımda çoxlu suallar var idi və heç də həmişə nə edəcəyimi bilmirdim.
Lakin, əgər insanlar dünyanın ən yaxşısı hesab etdiyim Pep Qvardiola ilə məni müqayisə edirlərsə, təbii ki, bu, mənim də kifayət qədər yaxşı məşqçi olduğum anlamına gəlir. Bunu bilirdim, amma o vaxta qədər bunu tam qiymətləndirə bilmirdim. Artıq məşqçi deyiləm - və vau, məlum oldu ki, həqiqətən də yaxşı idim".
Qeyd edək ki. bir müddət əvvəl mətbuatda Kloppun yenidən məşqçiliyə başlayacağı xəbəri yayılsa da, o bunu təkzib edib.