"Barselona" müdafiəçisi Andreas Kristensenə maaşının azaldılması şərti ilə yeni müqavilə təklif edib. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbənin sözlərinə görə, yeni müqavilə iki il yarım müddətinə nəzərdə tutulub. Kristensenin maaşı isə hazırda aldığının yarısını təşkil edəcək.
Həmçinin bildirilir ki, danimarkalı futbolçunun məvacibi oyunların sayı da daxil olmaqla bir çox amillərdən asılı olacaq.
Qeyd edək ki, Kristensenin "Barselona" ilə müqaviləsi bu ilin iyununda başa çatır. 29 yaşlı mərkəz müdafiəçisi bu mövsüm bütün turnirlərdə 17 oyun keçirib və bir qol vurub.