Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasının üçüncü turundan təxirə salınmış iki oyun baş tutacaq. Sport24.az xəbər verir ki, kişilərin yarışında "Xilasedici" "Azərreyl"lə üz-üzə gələcək. Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.
Qadınların çempionatında isə "Milli Aviasiya Akademiyası" evdə "Abşeron"la üz üzə gələcək.
Qeyd edək ki, ilin son görüşləri 17:00-da start götürəcək.