Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) XI tur start götürəcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

 

"Ordu" "Naxçıvan"la qarşılaşacaq. "Sumqayıt" isə "doğma divalar" arasında "Lənkəran"la üz-üzə gələcək. Hər iki matçın start fiti saat 19:00-da səslənəcək. 

 

Qeyd edək ki, tur çərçivəsində daha iki oyun sabah baş tutacaq. XI turun NTD - "Gəncə" və "Sabah" - "Neftçi" matçları təxirə salınıb.